Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında “Şerif”lə qarşılaşacaq “Qarabağ” bu gün çarter reysi ilə Tiraspola yola düşüb.
Komanda artıq Moldovaya çatıb. Bu gün istirahət edəcək Ağdam təmsilçisi sabah oyunun keçiriləcəyi stadionda məşqə çıxacaq.
Xatırladaq ki, ÇL-in üçüncü təsnifat mərhələsinin "Şerif" - "Qarabağ" oyunu avqustun 1-i keçiriləcək. Bu komandaların Bakıdakı ilk matçı 0:0 hesabı ilə yekunlaşıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.