Çad Ordusu Nigeriya ilə sərhəddə yerləşən Qamboru şəhərini öz nəzarəti altına götürüb. "Report" "France-Presse"ə istinadən xəbər verir ki, yaşayış məntəqəsi bir neçə ay əvvəl şəhərə hücum edən "Boko haram" terror qruplaşmasının silahlılarından geri alınıb. Bundan əvvəl, Çadın quru qoşunlarının "Boko haram" terrorçuları ilə mübarizə aparmaq üçün Nigeriyaya daxil olduğu məlumat verilib. Zirehli texnika və piyada qoşunu Kamerunun Fotokol şəhəri ilə Nigeriyanın Qamboru şəhərini birləşdirən körpünü keçiblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.