banner
banner

Gündəm

“Dəniz Kuboku–2017”yə start verildi

“Dəniz Kuboku–2017”yə start verildi

Bu gün Dənizkənarı Milli Parkda “Beynəlxalq Ordu Oyunları–2017” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku-2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib. Modern.az xəbər verir ki, açılış mərasimində şəhər sakinləri, hərbçilər və xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri iştirak ediblər.  Əvvəlcə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib, yarışların simvolu olan qayıq mərkəzə gətirilib.

Sonra bayraqdarlar meydana daxil olub. “Azərbaycan fanfarası” ilə tədbirin başlandığı elan edilib.

Yarışların hakimlər briqadası və komandalar mərasimə dəvət olunub.

Azərbaycan Respublikasının dövlət himni ifa edilib, dövlət bayrağımız qaldırılıb.

Sonra Beynəlxalq Ordu Oyunlarının və “Dəniz Kuboku–2017” yarışlarının bayraqları qaldırılıb.

Mərasimdə çıxış edən “Dəniz Kuboku–2017” beynəlxalq yarışları təşkilat komitəsinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov bildirib ki, bu gün Bakıda III Beynəlxalq Ordu Oyunları çərçivəsində “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarına start verilir. Artıq bir neçə gündür ki, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər Flotiliyasının, İran İslam Respublikasının və Qazaxıstan Respublikasının gəmiləri Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarında iştirak etmək üçün ölkəmizə gəlib.

Qeyd edilib ki, Beynəlxalq Ordu Oyunları Rusiya Federasiyasının Müdafiə Nazirliyinin təşəbbüsü ilə təşkil olunub. Beynəlxalq Ordu Oyunlarının tərkib hissəsi olan “Xəzər-2015” müsabiqəsinin nəticələrinə görə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandası 3-cü, “Xəzər-2016” müsabiqəsində isə 2-ci yerə layiq görülüb və “Admiral-480” motorlu qayığı ilə mükafatlandırılıb. İki gün öncə isə III Beynəlxalq Ordu Oyunlarına Moskvanın Alabino poliqonunda start verilib. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri yarışların beş növündə güclərini sınayacaqlar. III Beynəlxalq Ordu Oyunları çərçivəsində Azərbaycanda keçirilən “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarının şəffaf və yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Azərbaycanın Xəzər dənizindəki ərazi sularında iştirakçılar üç mərhələ və altı epizodda yarışacaqlar.

Diqqətə çatdırılıb ki, Beynəlxalq Ordu Oyunlarının digər yarışları kimi “Dəniz Kuboku-2017” də iştirakçı ölkələrin Silahlı Qüvvələri arasında qarşılıqlı etimad mühitinin inkişafına, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə, dostluq və rəqabət gücünün artırılmasına, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıqlarının daha da yüksəlməsinə xidmət edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.