banner
banner

İdman

Ronaldodan müsəlmanlara növbəti dəstək

Ronaldodan müsəlmanlara növbəti dəstək

Portuqaliya milli komandasının və “Real”ın hücumçusu Kriştiano Ronaldo Parisdə Məhəmməd peyğəmbərin karikaturasını dərc edən jurnalın əməkdaşlarına qarşı terror hücumuna münasibət bildirib.

Qol.Az-ın xəbərinə görə, öz ölkəsinin mətbuatına müsahibəsində o bildirib ki, baş verənlərin İslam dünyası ilə hər hansı bağlılığı yoxdur.

“Tanrı heç vaxt deməyib ki, peyğəmbəri təhqir edəni öldürün. Həmin terror hadisəsinin törədənlərin  İslamla bağlılığı yoxdur. Bu hücum zamanı ölənlərdən biri - polis özü də müsləman olub”.

K.Ronaldo bildirib ki, dünyanın hər yerində bu cür üzücü hadisələr olur:

"Amma onların çoxu görməzliyə vurulur. Jurnal redaksiyasına edilən silahlı hücumun tək bir dinin üzərinə atıb müsəlmanları günlandırmaq məncə, yanlışdır.  Bu cür terror hücumları təkcə müsəlmanlar tərəfindən edilmir. Dünyada ölümlə nəticələnən bütün hadisələrə etirazımızı bildirməliyik”.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin karikaturasını dərc edən Fransanın "Çarli Herbo" satirik jurnalına silahlı hücumda 12 nəfər ölüb.

Xatırladaq ki, Kriştiano Ronaldo müsəlman dünyasını dəstəyi ilə fərqlənir. O, indiyədək bir neçə dədə Fələstinə maddi kömək göstərib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.