banner
banner

Sosİal

“WhatsApp”da yeni fırıldaq - EHTİYATLI OLUN!

“WhatsApp”da yeni fırıldaq

Fırıldaqçılar “WhatsApp”da istifadəçilərə abunəni uzatmaq barədə saxta tələb göndərməyə başlayıb.
Naməlum şəxslər özlərini messenerin əməkdaşı kimi təqdim edərək insanlardan öz ödəniş məlumatlarını daxil etməyi tələb edirlər, əks halda isə onların “WhatsApp”a girişini məhdudlaşdıracaqlarını bildirirlər.

Ödəniş etmək üçün fişinq istinadlara keçmək və fırıldaq məqsədilə yaradılmış saytda bank kartlarının məlumatlarını daxil etmək istənilir. Bundan sonra fırıldaqçılar qurbanların hesabından pul çıxarır. 

Qeyd edək ki, “WhatsApp” həqiqətən messencerdən pullu istifadə modelindən istifadə edib. Lakin 2016-cı ilin yanvarında bundan imtina edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.