Ukrayna çempionatında dördüncü turun oyunları keçirilir. Milli komandamızın müdafiəçisi Pavel Paşayevin formasını geydiyi “Aleksandriya” səfərdə “Çernomorets”lə üz-üzə gəlib. Meydana start heyətində çıxan və 90 dəqiqə mübarizə aparan Paşayev 25-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Görüş 2:2 hesabı ilə yekunlaşıb ki, “Aleksandriya” 80 və 87-ci dəqiqələrdə vurduğu qollarla yenilgidən qaçıb. Bu matçda “Çernomorets”in start heyətində yer alan “Qəbələ”nin sabiq hücumçusu Aleksey Antonov sona 14 dəqiqə qalmış əvəzlənib.
Qeyd edək ki, 4 turdan sonra 3 xalı olan “Aleksandriya” turnir cədvəlində 9-cu pillədə qərarlaşıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.