banner
banner

Hərbİ

“Beynəlxalq Ordu Oyunları - 2017”də Azərbaycan hərbçiləri Ermənistan nümayəndələrini bütün istiqamətlərdə xeyli üstələyir

“Beynəlxalq Ordu Oyunları - 2017”də Azərbaycan hərbçiləri Ermənistan nümayəndələrini bütün istiqamətlərdə xeyli üstələyir

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Azərbaycan hərbçiləri Ermənistan nümayəndələrini bütün istiqamətlərdə xeyli üstələyir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Bildirilir ki, Azərbaycan hərbçilərinin “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçirilən yarışlarda uğurlu çıxışı Silahlı Qüvvələrə ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir.

Sevindirici haldır ki, müxtəlif yarışlarda güclərini sınayan hərbçilərimiz 28 ölkə nümayəndələri arasında yüksək göstəricilərə nail olublar. Qürurverici məqamlardan biri də odur ki, oyunların ilkin mərhələsinin nəticələrinə görə, Azərbaycan hərbçiləri Ermənistan komandasını bütün istiqamətlərdə xeyli üstələyib.

Xüsusi ilə qeyd edək ki, tank ekipajları, snayperlərimiz və artilleriya heyətləri Ermənistan hərbçilərindən qat-qat yüksək nəticələr göstəriblər. Bu da hərbçilərimizin döyüş hazırlığının, peşəkarlığının, bilik və bacarıqlarının göstəricisidir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.