banner
banner

Sosİal

Azərbaycanda qanunsuz yaşayan 13 əcnəbi saxlanılıb

Azərbaycanda qanunsuz yaşayan 13 əcnəbi saxlanılıb

Son həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­miş tədbirlər za­ma­nı ölkə ərazisində qanunsuz yaşayan 5 Pakistan, 5 Hindistan, 1 Filippin, 1 Türkiyə və 1 Qazaxıstan vətəndaşı sax­­­lanılıb.

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı 5 nəfər Pakistan vətəndaşının (Qasım Malik Ghulam, Zahid Abdul Majeed, Sa­leem Tamoor, Usman Muhammad, Kohna Irshad Alı Khan) elektron viza əsasında ölkəyə gəldikləri və sonradan qanunsuz miqranta çevrildikləri məlum olub.

Keçirilmiş tədbir zamanı saxlanılmış Hindistan vətəndaşı Navdeep Saklani öz həmvətənlərinə (Gurmukh Singh, Singh Dilbag, Arminder Singh, Rajanpreet Singh) Azərbaycanda müvəqqəti ya­şa­maq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alacağına, həm­çinin həmin şəxsləri işlə təmin edəcəyinə vəd verməklə, onların qanunsuz miqranta çevrilmələrinə şərait yaradıb. Həmin əcnəbilərdən A.Singh “Singh Company” MMC-nin direktoru, S.Dilbag “Singhs and İndian” MMC-nin direktor müavini qismində müvəqqəti yaşama icazəsi verilməsinə dair Dövlət Miqrasiya Xidmətinə müraciət edib, şirkətlərin fəaliyyətlərinin olmadığı üçün müraciətlərə imtina edildikdən sonra onlar ölkəni tərk etməyiblər və keçirilmiş tədbirlər nəticəsində saxlanılıblar.

Bundan əlavə, Filippin vətəndaşının məcburi əməyə cəlb edilməsi ehtimalını nəzərə alaraq, materiallar aidiyyəti üzrə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Saxlanılmış Qazaxıstan vətəndaşı Larisa Varfolomeyevanın 1994-cü ildən və Türkiyə vətəndaşı Ali Güneşin isə 2015-ci ildən ölkə ərazisində qanun­suz yaşadıqları məlum olub.

Aşkar edilmiş faktlarla bağlı Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miq­rantların Saxlanılması Mərkəzində yerləşdirilən şəxslər müvafiq inzibati məsuliyyə­tə cəlb ediliblər.

Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mübarizə çər­çi­və­­sində tədbirlər da­vam etdirilir.

cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.