Qazaxıstan ciddi şəkildə Rusiyadan gələn bir çox ucuz mallara qadağa qoymaq istəyi barədə müzakirələr aparır.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın “Kommersant” qəzeti məqalə dərc edib. Qadağanın Rusiyadan gətirilməsi çox ucuz başa gələn neft məhsulları, avtomobillər, metal, toyuq əti, un, su şirələri və konditer mallarına qoyulacağı gözlənilir.
Qeyd olunur ki, rublun-qazax tengesinə nisbətdə 47 faiz düşməsi nəticəsində yerli istehsalçılar rusiya qiymətləri ilə rəqabət apara bilmir.
“Kommersant” əlavə edir ki, Rusiya şirkətləri üçün elə də böyük biznes deyil, lakin bu bir başa iki ölkənin iqtisadi inteqrasiyasına təsir edir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.