Qazax rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə yeni təyinat olub. Modern.az "Report"a istinadən xəbər verir ki, Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun birinci müavini vəzifəsinə Məmməd Oruc oğlu Alıyev təyin olunub. Alıyev bundan əvvəl Qazax rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş Şöbəsinin müdiri işləyib.
Qeyd edək ki, R.Babaşovun bundan əvvəlki birinci müavini Fərman Məhəmməd oğlu Nağdəliyev öz ərizəsi ilə tutduğu vəzifədən istefa verib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.