Müğənni Gülbən Ərgən sosial şəbəkədə paylaşdığı üzərində Atatürkün şəkli və ərəbcə yazılar olan kitab fotosuna görə üzr istəyib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, jurnalist həyat yoldaşı Ərxan Çəliklə Misir səyahəti zamanı mağazaların birində çəkdiyi həmin şəkil haqda Gülbən belə açıqlama verib:
“Səhvimi qəbul edib fotonu sildim. Cildi xoşuma gəldi deyə çəkmişdim, yazılar diqqətimi cəlb etməmişdi. Bu bir dərs oldu. Daha cildinə görə kitab oxumayacam”.
Qeyd edək ki, G.Ərgənin paylaşdığı kitabın üzərində Atatürkün şəklinin altından ərəbcə “Tarixin fitnələri” yazılmışdı. Bu isə sosial şəbəkədə böyük səs-küyə səbəb olmuşdu.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.