Ölkə ərazisində müşahidə edilən isti hava şəraiti avqust ayının 10-dək davam edəcək.
Cia.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, hazırda paytaxtda zəif cənub-şərq küləyinin üstünlük təşkil edir: "Bakıda havanın temperaturu 35-40 dərəcə, bölgələrdə 35-41 dərəcə, Mərkəzi Aran rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 41-43 dərəcə istidir".
Gülşad Məmmədova avtobus dayanacaqlarında qurğuların göstəricilərinə də münasibət bildirib:
"Nazirlik tərəfindən havanın temperaturu barədə verilən məlumat tam dəqiqdir. Dayanacaqlardakı qurğular dəmirdir və gün vurub qızdırır. Nəticədə həmin göstəricilər havanın temperaturunu deyil, həmin dəmirin, ətrafın təsirini göstərir".
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə avtobus dayanacaqlarında və ya maşınlardakı termometr qurğularının göstəriciləri paylaşılır. Həmin qurğularda temperatur göstəriciləri 55-62 dərəcə arasında dəyişir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.