Almaniya II Bundesliqasında birinci turdan təxirə salınmış bir oyun baş tutub.
Millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” ilk turdan təxirə salınmış oyuna çıxıb.
Qol.az-ın xəbərinə görə, Aue təmsilçisi səfərdə “Haydenhaym”la qarşılaşıb.
Güclü yağış səbəbindən yarımçıq dayandırılan qarşılaşma qaldığı yerdən davam edib. Görüş “Haydenhaym”ın qələbəsi ilə yekunlaşıb – 2:1. Nazarov 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, iki oyundan sonra aktivində xalı olmayan “Erzgebirge” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.