Gəncə Qarnizonu Zabitlər Evinin Səyyar Təbliğat Dəstəsi cəbhə xəttində xidmət edən əsgərlərlə görüş keçirib. Cia.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, hərbi hissələrdə mədəni-kütləvi tədbirlərin təşkil edilməsində məqsəd ölkəmizin zəngin və qədim tarixinin öyrənilməsi, hərbi ənənələrin təbliğ olunması, hərbi qulluqçuların mənəvi-psixoloji ruhunun yüksəldilməsindən ibarətdir.
Görüşlər zamanı ön xətdə xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə yaxından tanış olunub və əsgərlərlə geniş söhbətlər aparılıb.
Sonra şəxsi heyətlə hərb tarixi mövzusunda viktorina keçirilib. Musiqi dəqiqələri ilə davam edən görüş, sonda idman yarışı ilə yekunlaşıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.