banner
banner

Gündəm

Rövşən Rzayev: “Bu, mənə qarşı qərəzli münasibətdir!”

Rövşən Rzayev: “Bu, mənə qarşı qərəzli münasibətdir!”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini deputat Rövşən Rzayev bu il iyulun 29-da internet-xəbər saytlarından birində yerləşdirilmiş və "Facebook" sosial şəbəkəsində rezonans doğurmuş  “Deputat: “Yoxsulluq və işsizlik 5 faizə düşüb. Xalqımız xoşbəxtdir” başlıqlı yazı barədə Modern.az-a fikirlərini açıqlayıb.

Millət vəkili informasiya agentliklərindən birinin müxbiri ilə söhbətdə ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin və dövlət proqramlarının əhəmiyyətindən danışdığını, lakin işsizlik və yoxsulluqla bağlı heç bir konkret rəqəm göstərmədiyini, buna baxmayaraq, xəbər dərc olunarkən müxbirin onun fikirlərinə “əlavələr” etdiyini bildirib. Həmin xəbər bir gün sonra yuxarıdakı ironiyalı başlıqla yenidən başqa saytda yayımlanıb və qeyri-etik bir təqdimatla sosial şəbəkədə müzakirəyə çıxarılıb.

“Bu xəbər internetdə yerləşdirildiyi vaxt mən xaricdə olmuşam və Vətənə bir neçə gündür qayıtmışam. Sosial şəbəkədəki müzakirədən isə  bu gün xəbər tutmuşam. Mənim söylədiyim fikirlərə əlavələr edilməsini, ironiyalı sərlövhə ilə yenidən yayımlanmasını və sosial şəbəkədə müzakirəyə çıxarılmasını özümə qarşı qərəzli münasibət kimi qiymətləndirirəm. Mən bir çox peşəkar jurnalistlərlə daim səmimi ünsiyyətdəyəm, onların sorğu və müraciətlərini həmişə cavablandırmağa çalışıram. Buna görə də jurnalist etikasının belə kobudcasına pozulmasına və söylədiyim fikirlərin qərəzkarlıqla ictimaiyyətə təqdim olunmasına etirazımı bildirirəm” deyə,deputa bildirib.

Komitə sədrinin müavini onu da qeyd edib ki, bu məsələ ilə bağlı "Azərbaycan-Azərbaycan" səhifəsinin rəhbəri Emil Məmmədovla telefon əlaqəsi yaradıb.

E. Məmmədovdan bu cür hallara niyə yol verdiyini soruşmaq istəsə də, o, telefonu deputatın üzünə qapadıb.

"Bir neçə dəfə bu şəxslə telefon əlaqəsi yaratmaq istəsəm də zənglərimə cavab vermədi. "Azərbaycan-Azərbaycan"  adlı səhifənin belə bir insan tərəfindən idarə olunması  yolverilməzdir. Bütün ictimaiyyət, cəmiyyət buna qarşı olmalıdır. Mənə qarşı bu cür qanunsuzluğa yol verən şəxs sabah bu hərəkəti bir başqasına qarşıda edəcək. Düşünürəm ki, məsələ ilə bağlı mediada tənzimləmələr aparılmalı və bunun qarşısı alınmalıdır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.