Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilib. Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında “Kopenhagen”i sınağa çəkib. Daha bir tarixi uğura imza atıb ÇL-in qrupuna yüksəlməyi planlaşdıran Ağdam klubu Danimarka çempionunu 1:0 hesabı ilə məğlub edərək sərfəli nəticə qazanıb. Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək. 15 avqust UEFA Çempionlar Liqası Pley-off, ilk oyun “Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka) - 1:0 Qol: Mahir Mədətov, 25 Baş hakim: Paolo Talyavento Yan xətt hakimləri: Alessandro Calyatini, Alessandro Kostantso Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya) Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.