Azərbaycanda quş qripi?... “Ev sahibi heç hara müraciət etməyib"
Cəlilabad rayonunun Təzəkənd kəndində ev quşları arasında tələf olma hallarının çoxalması barədə xəbərlər yayılıb.
Yayılan xəbərlərə görə, kənd sakinləri ev quşlarının tələf olmasını quş qripinin yayılması ilə əlaqələndiriblər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Modern.az saytına açıqlamasında ev quşlarının kütləvi tələf olması hallarının olmadığını deyib.
“Quşlardan müayinə üçün nümunələr götürülüb. Müayinələr hələ ki davam edir. Analizlərin nəticəsi yaxın günlərdə bəlli olacaq. Əslində, toyuqlar bir həyətdə tələf olub. Bütün kəndi əhatə etməyib.
Təəssüf ki, ev sahibi nə sahə baytar məntəqəsinə, nə də Cəlilabad rayon baytarlıq idarəsinə müraciət edib. Birbaşa tələf olmuş toyuqların şəklini çəkib saytlara göndəriblər.
Guya quş qripi yayılıb. Bir daha təkrar edirəm ki, quş qripinin yayılması əsassız fikirdir. Əgər kütləvi tələfat olsaydı bütün kənddə baş verərdi. Halbuki belə hal baş verməyib. Sadəcə, bir həyətyanı təsərrüfatda 3-4 toyuq tələf olub”.
Quş qripi xəstəliyinin yayılması xəbərindən danışan Yolçu Xanvəli bildirib ki, hazırda belə bir hal yoxdur.
“Quş qripinin yayılması qeyri-mümkündür. Çünki bu dövrlərdə miqrasiya getmir. Yaz miqrasiyası fevralda başlayıb mayın axırlarına qədər davam edir. İkinci miqrasiya isə oktyabrda başlayıb yanvara qədər davam edir. Kəndlərdə quşların tələf olması müxtəlif səbəblərdən baş verir.
Buna baxımsızlıq, qocalıq, sanitar tələblərə uyğun olmayan yerdə saxlanması, qurd xəstəlikləri kimi hallar səbəb ola bilər”.
Y. Xanvəli qeyd edib ki, cari ildə 2 dəfə monitorinq aparılıb.
"Heç birində quş qripi müşahidə olunmayıb. Hazırda respublikamızda quş qripi xəstəliyinə və digər yoluxucu xəstəliklərə görə epizotik vəziyyət sabitdir".
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.