banner
banner

Dünya

Rusiyada içmək dəbdən düşür?

Rusiyada içmək dəbdən düşür?

Rusiyada əhalinin 59%-i vaxtaşırı alkoqollu içki qəbul edir. Novator.az-ın məlumatına görə, Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin əhali arasında keçirdiyi sorğu belə göstərir.

Sorğunun avqustun 16-da açıqlanan nəticələri Rusiyada alkoqol qəbul edənlərin azaldığını ortaya çıxarıb. Sosioloqların məlumatına əsasən, 2009-cu ildə Rusiyada respondentlərin 25%-i ümumiyyətlə spirtli içki qəbul etmədiyini bildirib. İndiki sorğuya cəlb olunanların isə 39%-i alkoqoldan tam uzaq olduğunu bəyan edib.

Qadınların və 18-24 yaşlı gənclərin 47%-i ümumiyyətlə spirtli içki qəbul etmədiyini vurğulayıb.

Sorğunun nəticələrinə görə, əhalinin 59%-i alkoqollu içkidən vaxtaşırı istifadə edir. Onların əksəriyyəti ayda bir neçə dəfə içir.

Respondentlərin 16%-i (kişilərin 23%, qadınların 11%-i) ayda iki-üç dəfə alkoqollu içki qəbul etdiyini bildirib. Onların çoxu 25-34 və 35-44 yaş arası vətəndaşlardır.

Spirtli içki qəbul edənlərin 4%-i son vaxtlar içkiyə daha çox aludə olduğunu deyib. Sorğu iştirakçılarının 44%-i isə bunun əksini bildirib.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.