banner
banner

Dünya

Yeni erməni yəhudi savaşı

Yeni erməni yəhudi savaşı

ABŞ-da yayılan yəhudi nəşri “The Times of Israel”də dərc olunan məqalədə Birləşmiş Ştatların erməni icmasının İsrailə qarşı apardığı düşmənçilik siyasətindən danışıb.

ANS PRESS-in məlumatına görə, məqalə müəllifi olan ravvin İsrail Baruk bildirir ki, erməni tələbə təşkilatları ABŞ universitetlərində İsrailin boykot edilməsi ilə bağlı aparılan təbliğatın əsasında dururlar.

Barukun yazdığına görə, ermənilərin yəhudilərə nifrətinin tarixi kökləri var. Ermənilər indi həmişə İsarili yəhudi dövləti qurmaq üçün Holokostdan istifadə etməkdə günahlandırırlar. Erməni faşistlər həm də yəhudilərin kökünü birdəfəlik kəsmək üçün Hitlerə dəstək veriblər.

Ravvin ermənilərin konslagerlərdə yəhudilərin kütləvi qətllərində iştirak etdiyini də yazır. Onun sözlərinə görə, 20 minə yaxın erməni nasisti general Dro (Drastamat Kanayan) və general Ncdenin (Qaregin Ncde) rəhbərliyi altında yəhudilərin kütləvi qətllərində iştirak ediblər. 1930-cu illərdə ABŞ-da çap edilən "Hayr+enik" nəşri fəal şəkildə Hitlerin ideologiyasını təbliğ edib, yəhudiləri "zəhərli element" sayıb, Holokostu isə "cərrahi əməliyyat" adlandırıb.

İsrail Baruk məqaləsində keçən il “Antidiffamasiya liqası” tərəfindən keçirilmiş sorğunun nəticələrini dərc edib. Sorğuya görə, Ermənistanın həddi-buluğa çatmış 2,2 milyon sakininin 1,3 milyonu, yəni əhalinin 59 faizi yəhudilərə nifrət edir. “Ermənistən Şərqi Avropanın ən antisemit dövləti kimi birinci yeri tutub və bütün Avropa üzrə üçüncü yerdədir”, - deyə İsrail Baruk vurğulayır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.