Aktrisa Helen Hant prodüser həyat yoldaşı Metyu Karnahanla yollarını ayırıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 16 illik evliliyin bitməsini cütlüyə yaxın mənbə bildirib.
Onun sözlərinə əsasən, Helen ilə Metyu artıq ayrı-ayrı evlərdə yaşayırlar. İkili bir neçə il əvvəl də ayrılmaq istəyib, lakin qızlarına görə ailələrini dağıtmayıblar.
Bu dəfə isə Hant və Karnahan fikirlərində ciddidirlər.
Qeyd edək ki, cütlük 2001-ci ildə ailə qurub. Onların 2004-cü ildə Makena Lei adlı qızı dünyaya gəlib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.