Bakıda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə taksi sürücüsü arasında daha bir insident yaşanıb.
Hadisə şahidlərinin Avtolent.az-a verdiyi məlumata görə, hadisə bu gün “Şamaxinka” adlanan ərazidə qeydə alınıb. Nəqliyyat Nazirliyinin müfəttişləri taksi sürücüsündən sənədlərini tələb ediblər. Bu zaman onların arasında mübahisə düşüb və müfəttişlər taksi sürücüsünün sürücülük vəsiqəsini əlindən alıblar. Daha sonra müfəttişlər özlərinə məxsus maşına əyləşərək ərazidən uzaqlaşmaq istəyərkən taksi sürücüsü avtomobilin qarşısına çıxıb. Müfəttişlər avtomobillə taksi sürücüsünü vuraraq hadisə yerini tərk ediblər. Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Yaralı taksi sürücüsü ərazidə olan şəxslərin köməkliyi ilə xəstəxanaya aparılıb.
Yasamal rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Lakin araşdırmalar hələ başa çatmadığı üçün polisdən bu barədə əlavə açıqlama verilməyib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.