banner
banner

Sosİal

Sumqayıtda it dişləyən uşaqların vəziyyəti haqda AÇIQLAMA

Sumqayıtda it dişləyən uşaqların vəziyyəti haqda AÇIQLAMA

“Quduz it dişləyən uşaqların vəziyyəti normaldır. Hamısı evə buraxılıb”. Bu barədə Modern.az-a açıqlamasında Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Mirnazir Muxtarov Modern.az-a açıqlamasında deyib.

 

Baş həkimin müavini bildirib ki, hazırda it dişləməsi ilə bağlı xəstəxanada yatan kimsə yoxdur.

 

“Uşaqların heç birində patoloji hal qeydə alınmayıb. Həmçinin, quduz it dişləməsinə görə müraciət edənlər arasında müxtəlif yaş qruplarına təsadüf olunur.

 

Təbii ki, itlərə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı bütün qurumlara müraciət olunub. Həmçinin it dişləməsi faktlarına respublikanın bir çox bölgələrində rast gəlmək mümkündür. Sadəcə, dünən ölüm faktının olması itlərə qarşı mübarizəni gücləndirib”.

 

Qeyd edək ki, iyulun 31-də Sumqayıtın 10-cu mikrarayon ərazisində kütləvi itdişləmə hadisəsi qeydə alınıb. 11 nəfəri it dişləyib. Quduz it 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını dişləyərək  ölümcül hala salıb. 5 yaşlı uşaq dünən dünyasını dəyişib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.