Bu gün Böyük Britaniyanın paytaxtı London şəhərindəki “Biq-Ben” saat qülləsində sonuncu dəfə zəng çalınacaq.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla bildirir ki, bundan sonra qüllədə təmir işlərinə başlanılacaq. 2021-ci ilədək davam edəcək təmir işlərindən sonra saatın yalnız xüsusi hallarda zəng vurması nəzərdə tutulub.
Vurğulanır ki, işlər yekunlaşdıqdan sonra saat ən azı 60 il insan əli dəymədən işləyəcək.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.