banner
banner

Sosİal

Şəkidə 44 yaşlı qadını ilan sancıb

Şəkidə 44 yaşlı qadını ilan sancıb

Şəkidə 44 yaşlı qadını ilan sancıb.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 20 radələrində rayonun Vərəzət kəndində məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün 1973-cü il təvəllüdlü Pərvanə Zakir qızı İsgəndərova ilan sancma xəsarəti ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, 44 yaşlı Pərvanə İsgəndərova yaşadığı evin həyətyanı sahəsində ağacdan zoğal yığarkən ilan qəfildən onun sağ ayağın baldır nahiyəsindən sancıb. Reanimasiya şöbəsinə yerləşdirilən Pərvanə İsgəndərovaya lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.