Tunisdə mülki vətəndaşlara və hərbi hissəyə hücum etməyi planlaşdıran dəstə üzvləri həbs olunub. Ölkənin Daxili İşlər Nazirliyi anti-terror əməliyyatları zamanı 32 nəfərin saxlanıldığını bildirib. Şübhəlilər bir müddət əvvəl Suriyada hökumətə qarşı gedən döyüşlərdə iştirak ediblər. Onların bəziləri "əl-Qaidə" ilə əlaqəlidir.
“Anti-terror briqadası təhlükəsizlik qüvvələrinə qarşı planlaşdırılan hücumların qarşısını aldılar. Ordumuz terrorizmlə mübarizəyə tam hazırdır. Onlar indiyə qədər müxtəlif hücum planları hazırlayıblar. Lakin planları hökumətin ayıq-sayıqlığı nəticəsində baş tutmayıb” - deyə nazirlik rəsmisi Məhəmməd Əli Ərui bildirib.
Bu, Tunisdə yeni formalaşan hökumətin ilk irihəcmli anti-terror əməliyyatları olub.
Məlumata görə, Tunisdən indiyə qədər Suriya və İraqda döyüşlərə 3 mindən çox mücahid qatılıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.