“İnşallah, “Qarabağ” qalib gəlib qrupa düşəcək” – Əmrah Çəlikəl
“Klubumuzun düşərgəsində əhval-ruhiyyə yüksək səviyyədədir. Komandamız yalnız uğurlu nəticəyə köklənib”.
Bu sözləri “Qarabağ”ın direktoru Əmrah Çəlikəl Qol.az saytına açıqlamasında deyib.
Bu gün Bakı vaxtı ilə saat 22.45-də Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin təkrar oyununda Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşacaq. Bu komandaların Bakıdakı ilk matçında “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.
“İnşallah, “Qarabağ” qalib gəlib qrupa düşəcək. Biz buna inanırıq. Sizlər də, azarkeşlərimz də inansın. İnam uğurun yarısıdır” – deyə o bildirib.
Ə.Çəlikəl Azərbaycan xalqının “Qarabağ”a dəstəyini yüksək qiymətləndirib: “Komandamız, klubumuz bu dəstəkdən məmnundur. Buna görə hamıya sonsuz təşəkkürlər”
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.