banner
banner

Şou

Müğənninin çay evinə görə cinayət işi

Müğənninin çay evinə görə cinayət işi

DİN İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi müğənni Elçin Hüseynova məxsus olan “New life“ çay evində əxlaqsızlıq yuvasının aşkar olunmasına münasibət bildirib.

"Qafqazinfo"ya açıqlamasında Şərif Əsədullayev qeyd edib ki, camaat haqlı olaraq “New life” kafesi haqqında rayon İcra hakimiyyətinə şikayət edib:

“Şikayətçilər həmin kafedə əxlaqsız adamların toplandığını bildiriblər. Onların dediyi fakt da öz təsdiqini tapıb. İdarənin əməkdaşları əməliyyat keçirib. Bununla əlaqədar də cinayət işi başlanıb. Hazırda istintaq gedir”.
Qeyd edək ki, müğənni Elçin Hüseynov isə jurnalistlərə açıqlamasında kafenin onun adına olmadığını və orada heç bir əxlaqsızlıq yuvasının fəaliyyət göstərmədiyini açıqlamışdı. Daha sonra E. Hüseynovun bacısının yoldaşı, müğənni Yusif Mustafayev həmin kafenin qayınına məxsus olduğunu təsdiqləmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.