Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında libaslarının qiymətinin bahalı və ya ucuz olmasına önəm vermədiyini deyib: “Bu boyunbağı çox bahalı daşla düzəldilib. Qolbağım isə mənim üçün ən dəyərli aksesuardır. Timsah formasında qolbaq eksklüzivdir. Çalışacam bunu hər zaman geyimlərimlə istifadə edim. Timsahla çox bənzəyirik. O da sürünür... Mən də çətinliklə, dişlə-dırnaqla bu yerə gəldim. Geyimlərimin qiymətini açıqlamıram. Belə hallardan utanıram. Mənim üçün qiymət önəmli deyil. Şərt qoymuram ki, mütləq bahalı brend geyinməliyəm. Elə olur ki, 20-30 manata da paltar alıb geyinirəm. Əgər geyimimin qiymətini açıqlasam, deyəcəklər nə görməmiş qızdır”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.