Azərbaycanda bütün sahələrdə olduğu kimi turizmin inkişaf etməsi istiqamətində də müxtəlif addımlar atılır.
bu istiqamətdə Azərbaycanın gözəl guşələrindən olan Göygöl rayonunda möhtəşəm turizm mərkəzi inşa edilir.
Məsələ ilə bağlı danışan Göygölün deputatı Rövşən Rzayev bildirib ki, kənd təsərrüfatı ilə turizmin inkişafına böyük önəm verilir.
“Azərbaycanın bütün bölgələrində turistlər üçün şəraitlər yaradılıb, o cümlədən də Göygöldə. Göygöl rayonu 1819-cu ildə almanlar tərəfindən inşa edilib, adı Yelenendorf olub. Buna görə də son zamanlar Göygölə almanlar tərəfindən çox böyük diqqət var və çoxlu sayda qonaqlar gəlir”.
R. Rzayev qeyd edib ki, yalnız Almaniyadan deyil, Azərbaycanın bölgələrindən, dünyanın başqa ölkələrindən də turistlər Göygöldə qonaq olurlar.
“Buna görə də bu istiqamətdə çox böyük işlər aparılıb, müxtəlif əyləncə yerləri yaradılır, beş ulduzlu otel tikilir. Və təbii ki, turistlərin gəlməsi üçün bütün şəraitlər yaradılıb.
Ondan da əlavə Göygöl rayonunun Göygöl gölü ətrafında möhtəşəm bir kompleks yaradılır, o komplekslərdə də həm Azərbaycan vətəndaşı, həm də əcnəbi vətəndaşların istirahət edəcəklər. Göygölə gələn qonaqların vaxtlarını səmərəli istifadəsi üçün bütün şəraitlər yaradılır”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.