banner
banner

Gündəm

“Qarabağ” Ermənistanın başına daş saldı” – Deputatdan AÇIQLAMA

“Qarabağ” Ermənistanın başına daş saldı”

“Qarabağ” komandası Azərbaycan futbol tarixində daha bir ilkə imza atıb. Belə ki, komandamız Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.

 

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı Milli Məclisin deputatı İlham Məmmədov Modern.az-a təəssüratlarını bölüşüblər.

 

İlham Məmmədov tarixi qələbə qazanaraq  Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqını və "Qarabağ" futbol klubunun rəhbərliyini, məşqçilər korpusunu və futbolçularını təbrik edib.

 

“Vətənimizin bir parçası olan mənfur ermənilər tərəfindən işğal olunmuş Ağdamın "Qarabağ" futbol klubu bu qələbəyə nail olmaq üçün çox çətin bir yol keçib. Haqqsızlıq və ədalətsizliklə üzləşib. Amma cənab prezident "Qarabağ"ın bu qələbəsinə inanıb, hər zaman onların yanında olub. Hesab edirəm ki, bunlar qələbəni şərtləndirən ən əsas amillərdən biri olub. Bu qələbədən dərhal sonra cənab prezident, Ali Baş Komandan İlham Əliyevin "Qarabağ"ın futbolçularını qəbul etməsi, bu qələbənin dövlətimiz, xalqımız, idmançılarımız üçün nə qədər önəmli olduğunu bir daha göstərdi. "Qarabağ" klubu idman səngərində "Qarabağ" adı ilə növbəti bir qələbə qazandı. Bu qələbə sıradan bir iş deyil.

 

Biz başa düşürük ki, "Qarabağ"adını daşıyan futbol klubumuz Avropa, dünya miqyasında qələbə qazanırsa, aprel döyüşlərində mənfur ermənilər üzərində ordumuz qələbə tariximizi yazırsa və bu gün bütün xalqımız bu qələbəni qeyd edirsə, deməli xalqımız işğal altında olan torpaqlarımızın azad olunması gününə hazırlaşır. Bu qələbə də böyük qələbəyə gedən uğurun üzərində addımlayır.

 

Deputat hesab edir ki, prezident İlham Əliyevin əmri ilə xalqımız bir yumruq kimi birləşərək istənilən an torpaqlarımızı düşməndən azad etməyə hazırdır.

 

“Bu tendensiya özünü aprel döyüşlərində göstərdi. Aprel döyüşlərindəki qələbə artıq xalqımızın ruhuna hopub. Təsəvvür edin ki, 100 milyonlarla auditoriyası və idmanın ən elitar növü olan futbol yarışmasında, Avropanın mərkəzindəki (İtaliyada, İspaniyada, İngiltərədə) arenalarda Azərbaycan bayrağı yüksələcək. 

 

Biz bilirik ki, Çempionlar Liqasının oyunlarını 100 milyonlarla insan izləyir.  “Qarabağ” da bu yarışamada Azərbaycanı təmsil edəcək və bayrağımızı yüksəldəcək. 

 

Bu həm də Azərbaycanın haqq işini və ona mane olmaq istəyənlərə ölkəmizin siyasi mesajını vermək üçün əla fürsətdir. Bu həm də Azərbaycan gəncliyinin qələbəsidir. Bu gün Azərbaycan gəncliyi tatami üzərində erməni idmançının kürəyini yerə vurur, bir çox beynəlxalq yarışalarda bayrağımızı dalğalandırır, himnimizi səsləndirir. Biz bu tendensiyanın beynəlxalq yarışlarda, I Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında şahidi oluruq. Azərbaycan bu gün mötəbər idman yarışlarına ev sahibliyi edir. Bu ölkə başçısı tərəfindən idmançılarımıza və idmana göstərilən qayğının nəticəsidir”.

 

Deputat deyib ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi  ermənilərin başına böyük bir daş saldı.

 

“Bununla da düşmənlərimizə çatdırdıq ki, "Qarabağ" bizimdir, qanımızıdır, canımızdır! Rədd olun bizim torpağımızdan! Sən qəsbkarsan, cəlladsan, uşaq qatilisən! Ona görə də mən hesab edirəm ki, bu qələbənin mənəvi tərəfi çox böyükdür. Bu gün Azərbaycan gəncliyinin hər yerdə idmanla məşğul olması üçün hər cür şərait yaradılıb. Belə bir qələbələrin əldə edilməsində biz hər zaman cənab  prezident, Ali Baş Komandan İlham Əliyevi öz yanımızda görürük. Cənab prezident, Ali Baş Komandan İlham Əliyevin  "Qarabağ"ın futbolçularını qəbul edərkən üzündəki sevinc bütün xalqın sevinci idi. O sevincin hər birimiz şahidi olduq.

 

Ona görə də cənab prezident, Ali Baş Komandan İlham Əliyevə deyirik ki, çox sağolsun. Ali Baş Komandan hər zaman Azərbaycanımızın inkişafı  naminə gecəli-gündüzlü çalışır. Cənab prezidentin bu qətiyyəti, cəsarəti, mərdliyi Azərbaycan gəncliyini ruhlandırır. Biz əminik ki, cənab prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində yaxın zamanlarda idman arenalarında qaldırsığımız bayrağı Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Xankəndində, Zəngilanda dalğanadıracağıq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.