banner
banner

Dünya

Hindistanda 25 nəfər öldürüldü - şok səbəb

Hindistanda 25 nəfər öldürüldü - şok səbəb

Hindistanda məhkəmənin zorlamada təqsirli bilinmiş "mənəvi lider"in yerli sektanın rəhbəri təyin edilməsi ilə bağlı qərarının elan olunmasından sonra baş vermiş toqquşmaların gedişatında azı 25 nəfər həlak olub

"Report"un məlumatına görə, bu barədə "The Hindustan Times" xəbər verib. Minlərlə insan Ram Rahimin yerli sektanın rəhbəri elan edilməsinə etiraz əlaməti olaraq küçələrə çıxıb. Yerli sektanın tərəfdarları Pəncab və Hariyan ştatlarında küçələrə çıxaraq dövlət müəssisələrini daşa basıblar. Həmçinin jurnalistlərə və polisə hücum ediblər, avtobusları və qatarı yandırıblar. Təkcə məhkəmənin keçirildiyi Çandiqarx şəhərindəki etirazlarda 200 mindən çox insan iştirak edib.

50 yaşlı Qurmit Ram Rahim 1948-ci ildən mövcud olan və narkotik asılılığına qarşı mübarizə aparan sektanın lideridir. Bundan əvvəl məhkəmə onu dini Dera Saça Sauda sektasının təliminə daxil olmuş iki tərəfdarın zorlanmasında təqsirli bilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.