“Yoldaşım çox səliqəli insandır. Onunla ayaqlaşmağa çalışıram”.
Axşam.az-ın məlumatına görə, bu sözləri “Qonaq gəl bizə” verilişində müğənni Xatirə İslam söyləyib. O, sevərək ailə qurmadığını bildirib:
“Bizi yaxın bir qohumumuz tanış etdi. Ailə qurmaq yaşımız idi, ikimiz də razılaşdıq. Biz sevib evlənməmişik. Amma aramızda elə hörmət olub ki, sonradan sevgiyə çevrildi. Yoldaşım çox fərqli insandır. Dünya dağılsa da, qazandığım pula əl vurmur. Mən ona adi köynək alanda da istəmir. Deyir özüm alacam. Bir dəfə Nadir Qafarzadə efirdə dedi “mən kişiyəm, pul qazanıram. Xanımımı göndərmirəm ki, get işlə”. Bu sözlərə yoldaşım pis olub soruşdu: “Xatirə, indi elə bilirlər mən də beləyəm?”. Bu sözü hamıya şamil etmək olmaz”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.