banner
banner

İdman

“Qarabağ” “Beşiktaş”a yox dedi

“Qarabağ” “Beşiktaş”a yox dedi

Türkiyənin "Beşiktaş” klubu sentyabrın 2-də Bakıda yoxlama oyunu keçirmək üçün "Qarabağ”a təklif göndərib.

Musavat.com fanat.az-a istinadən xəbər verir ki, Türkiyə çempionu DÇ-2018-in seçmə matçları ilə əlaqədar daxili çempionatda yaranacaq fasilə zamanı Bakıda hər iki komandanın iştirakı ilə yoldaşlıq matçı keçirmək istəyib. Bu oyun həm də "qara qartal”ın Azərbaycandakı çoxsaylı azarkeşlərinə hədiyyə olacaqmış.

Amma Ağdam klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması səbəbindən iş yükünün çoxalması, eləcə də futbolçuların əksəriyyətinin milli komandalarının düşərgəsində olması ilə əlaqədar "Qarabağ” bu təklifə mənfi cavab verib.

"Qarabağ”ın direktoru Əmrah Çəlikəl qol.az-a açıqlamasında məlumatı təsdiqləyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.