Ötən gecə Şərqi Anadoluda mövsümün ən soyuq temperaturu qeydə alınıb.
ANS PRESS-in yerli mətbuasta istinadən verdiyi məlumata görə, ən soyuq temperatur Ərdaxanda olub. Bu şəhərdə havanın temperaturu -19 dərəcə şaxta olub.
Mənbəyini Türkiyənin Ərdaxan şəhərindən götürən Kür çayının da səthi donub. Şəhər sakinləri donmuş çayın üzərində rahatlıqla gəzirlər.
Bundan başqa Şərqi Anadolunun daha bir neçə şəhərində şaxtalı hava qeydə alınıb. Belə ki, Ərzurum -17, Qars -15, Ağrı -12, Bitlis -10, Muş və Ərzincan -7, Van -6, Hakkari -5 və İqdırda havanın temperaturu -4 dərəcə şaxta olub.
Hidrometroloqlar şaxtalı hava şəraitinin davam edəcəyini və bölqəyə qar yağacağını bildiriblər.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.