banner
banner

Sosİal

Kür və Arazda suyun səviyyəsi artıb

Kür və Arazda suyun səviyyəsi artıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-40, Naxçıvan MR çaylarında isə 90 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 79 kubmetr/saniyə olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 102 kubmetr/saniyə olmaqla ongünlük normanın 84 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 10,5 kubmetr/saniyə olmaqla, ongünlük normanın 15 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 27 kubmetr/saniyə təşkil edərək ongünlük normanın 39 faizinə bərabər olub.

Avqustun 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2 sm, Salyanda 3 sm, Bankədə 4 sm, Araz çayının Novruzlu məntəqələrində 1 sm azalma, Surra məntəqəsində isə suyun səviyyəsində 3 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 354 sm (2016-cı il avqustun 28-də 365 sm), Salyanda 143 sm (2016-cı il avqustun 28-də 144 sm), Bankədə 179 sm (2016-cı il avqustun 28-də 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 54 sm (2016-cı il avqustun 28-də 70 sm) təşkil edir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.