Bakını 8 bala qədər titrədəcək zəlzələlər ola bilər
“Apardığımız tədqiqatlar göstərir ki, Xəzər dənizində Bakını 8 bala qədər titrədə biləcək zəlzələlər ola bilər”.
Bunu Modern.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda aktiv zəlzələ ocaqları çoxdur:
“Azərbaycanda həmişə olduğu kimi, seysmik təkanlar qeydə alınır. Zəif zəlzələlər kifayət qədər çox olur və həmişə də olacaq. Orta güclü zəlzələlər bir qədər azdır. Ümumiyyətlə, dünya sistemində də güclü zəlzələrin zəiflərə nisbətən az olduğu müşahidə edilir. Bu mənada zəlzələ ilə bağlı proqnoz vermək mümkün deyil və proqnozlarla çıxış edənlərə inanmaq olmaz. Adətən seysmoloq olmayanlar bu cür fikirlər səsləndirirlər.
Düşünürəm ki, heç yaxın 50-100 il ərzində də bu cür proqnozlar reallaşmayacaq. Zəlzələlər adi qaydada davam edir. Yerin daxili qatlarında potensial enerji var və onlar kritik həddə çatanda zəlzələ baş verir. Ola bilər ki, tam sakitliyə rəğmən zəlzələ baş versin. Yəni meyarlar tam müəyyən olunmadığı üçün zəlzələ proqnozu verə bilmərik”.
T. Məmmədli qeyd edib ki, Xəzər dənizində müşahidə edilən zəlzələlər bir qədər fərqlidir:
“Xəzər dənizdə tez-tez zəlzələlər baş verir. Bunun da səbəbi həmin ərazinin aktivliyidir. Qurudan fərqli olaraq burada baş verən zəlzələlər nisbətən dərində olur. Əgər Azərbaycanın quru ərazilərində zəif zəlzələlər 30-35 km-ə qədər dərinliyə yayılırsa, Xəzər dənizində bu rəqəm 60 km-ə qədər olur. Amma güclü zəlzələlər quru ərazidə 10-15 km , Xəzər dənizində 30-35 km olur.
Azərbaycanda zəif təkanlar həmişə çox olur, güclülər isə nadir hallarda. Bu, seysmikliyin ümumi qanunauyğunludur. Ölkədə aktiv zəlzələ olcaqlarının konkret sayını demək olmasa da, çox olduğunu qeyd etmək lazımdır. Şamaxı, İsmayıllı, Qəbələ, Balakən, Zaqatala, Quba, Sabirabad, Zərdab, Lənkəran, Yardımlı, Masallı və digər bölgələrdə aktiv zəlzələ ocaqları var. Xəzər dənizində də beş-altı potensial zəlzələ ocağı mövcuddur. Bu baxımdan nə vaxtsa güclü zəlzələrin olma ehtimalı var.
Apardığımız tədqiqatlar göstərir ki, Xəzər dənizində Bakını 8 bala qədər titrədə biləcək zəlzələlər ola bilər. Ümumilikdə Azərbaycan ərazisi bu və ya digər titrəyişlərə məruz qalıb və qalacaq”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.