banner
banner

Sosİal

Binəqədi rayonunda və Gəncədə qaz olmayacaq

Binəqədi rayonunda və Gəncədə qaz olmayacaq

Bakının Binəqədi rayonunun və Gəncə şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Binəqədi rayonu, Binəqədi şosesində yeni çəkilmiş diametri 315 mm-lik polietilen qaz xəttinin mənbəyə qoşulması və “Gəncə” Qaz Paylayıcı Stansiyasının yenidən qurulması məqsədilə qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar, avqustun 29-da saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun, 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Biləcəri, Xutor qəsəbələrinin və Motodrom adlanan ərazinin, həmçinin Gəncə şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işlərinin Sabunçu rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcəkdir və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.