banner
banner

Dünya

Gürcüstandan FETÖ-ya zərbə

Gürcüstandan FETÖ-ya zərbə

Gürcüstanın Təhsil Nazirliyi Dəmirəl kollecinin lisenziyasını yeniləməkdən imtina edib. Cia.az  axar.az-a istinadən xəbər verir ki, nazirlik buna səbəb kimi sözügedən kollecin FETÖ şəbəkəsi ilə əlaqəsinin olduğunu göstərib.

5 illik lisenziya müddətini bitməsi səbəbindən nazirliyə müraciət ünvanlayan kollec rəhbərliyi neqativ cavab alıb.

Qərarda kollecdəki təhsil sisteminin ölkə standartlarına uyğun olmaması, müəllim qəbulu və struktur dəyişikliyi kimi proseslərdə uyğunsuzluqların olduğu bildirilib.

Nazirlik rəsmiləri verilən qərarın 10 iş günü ərzində qüvvəyə minəcəyini və bununla da kollecin fəaliyyətinin dayandırılacağını vurğulayıblar.

Qeyd edək ki, hazırda Gürcüstanda FETÖ ilə bağlantılı 4 təhsil ocağı fəaliyyət göstərir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.