Böyük Britaniyanın paytaxtı Londonda yaşayan müsəlmanlar Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının dərc edilməsinə qarşı etiraz aksiyası keçiriblər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Dauninq Strit 10-da, Baş nazirin iqamətgahı yaxınlığında keçirilən aksiyada minlərlə müsəlman iştirak edib.
ANS PRESS-in məlumatına görə, qadınlar və kişilərdən ibarət olmaqla iki qrupa ayrılan etirazçılar Məhəmməd Peyğəmbərin (s.ə.s) təhqir olunmasının yolverilməz olduğunu bəyan ediblər. Nəticədə aksiya mitinqə çevrilib və Britaniya müsəlmanlarının liderlərindən bir neçəsi etirazçılar qarşısında çıxış edib. Aksiya Böyük Britaniya Baş nazirinin iqamətgahına petisiyanın təqdim edilməsi ilə başa çatıb.
Həmin petisiyanı 100 mindən çox adamın imzaladığı bildirilir. Bu sənəd Fransada nəşr olunan "Charlie Hebdo" satirik jurnalı kimi nəşrlərin Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarını dərc etməsini pisləyir və bundan sonra bu cür hallara yol verilməməsinə çağırır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.