banner
banner

İdman

Barmağımız qapı arasında qalanda Rəşadı axtarırıq

Barmağımız qapı arasında qalanda Rəşadı axtarırıq

Dünən o, bir futbolçu üçün ömrünün sonuna qədər unutmayacağı bir səhvi etdi. Norveçlə oyunda öz qapısına qol vurdu. Gərək ki, milli karyerasında 4-cü avtoqolu idi.

Klubundakı və millidəki oyunlarına görə çox yorulub. Artıq fiziki olaraq çatdırmaqda çətinlik çəkir. Təbiidir. 35 yaşındadır. Yəni bu yaşda olan hər bir futbolçunun üzləşəcəyi bir durumdu..

Amma barmağı qapı arasında qalanda bu ölkənin (futbolda) gözü həmişə onu axtarıb. Ən son “Kopenhagen” – “Qarabağ” oyununda, əsasən də son 10-15 dəqiqədə hamı dua edirdi ki, kaş meydanda olaydı, komandasına kömək edəydi. Meydana çıxdı da, bacardığı qədər kömək etdi də, komandası hamının arzuladığı o qrupa düşdü də.

Yadınızdan çıxmayıb? Çıxmaz axı. Cəmi onca gün keçib. Və bu gün həmin Azərbaycan insanı ona “futboldan get” deyir...

Hörmətsizcəsinə, mərhəmətsizcəsinə, ədalətsizcəsinə...

***

Təbii, zamanı çatanda gedəcək millidən. Çox qalmayıb. 1 ilmi, 2 ilmi, 3 ilmi? Onda yeri daha çox görünəcək, qədri daha çox bilinəcək. Və onda heç bir futbolçumuz həkimlərin qadağasına baxmayaraq, zədəli olduğu halda karyerasını dünənki kimi böyük risk altına qoyub meydana çıxmayacaq. Milli komanda qalacaq gününü qalyanxanada keçirib İnstagramda fotolar paylaşan xaraktersiz futbolçuların, meyxana deyənlərin ümidinə. Və o futbolçulardan heç biri də “Günahkar axtarırıqsa, birinci günahkar mənəm” kimi cəsarətli, əsl kapitana və qürurlu şəxsiyyətə yaraşan açıqlama da verməyəcək, başqaları daha çox təqsirkar olduğu halda bütün məsuliyyəti öz üzərinə götürməyəcək.

Hə, getməlidi millidən. Amma indi yox. Əsl zamanı yetişəndə, davamçısı olanda. İndi isə millidən və bütövlükdə futboldan getmək vaxtı Rəşadın deyil.

Kimindi?

Məgər bunu bilmək elə çətindi?



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.