Məşhur restoranın sahibi avtomobilində ölü tapılıb
Türkiyənin Bodrum şəhərindəki məşhur balıq restoranının sahibi avtomobilində ölü tapılıb.
2 gündür itkin düşən 56 yaşlı Mustafa Coşqunun cəsədi biləkləri kəsilmiş və boğazından bıçaqlanmış halda maşınında aşkar edilib. Məlumata görə, “Berk” balıq restoranının müdiri olan Mustafa Coşqun cümə ertəsi işə gedəcəyini deyərək evdən çıxıb.
Həyat yoldaşı Aylin Çoşqun onun işə getmədiyini və telefonuna zəng çatmadığını görəndə polisə məlumat verib. Polis dərhal axtarışa başlayıb. Bildirilir ki, içində cəsəd olan avtomobili yoldan keçən çoban görərək polisə xəbər verib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.