Rauf Əliyevin komandası Superkuboku qazana bilmədi
Albaniya Superkubokunun qalibi müəyyənləşib.
Həlledici oyunda son çempion "Kukesi" ilə ölkə kubokunun son qalibi "Tirana" qarşılaşıb.
Qarşılaşma "Tirana"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Paytax təmsilçisi 90-cı dəqiqədə vurduğu qolla qalib gəlib.
"Kukesi"nin yeni transferi - millimizin üzvü Rauf Əliyev bu matçda iştirak edib. Start heyətdə meydana çıxan hücumçu ikinci hissə başlayanda Miloş Krkotiçlə əvəzlənib. Bu, Raufun yeni klubunda ilk rəsmi oyunu olub
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.