Fransalı hücumçu ölkə çempionatının 5-ci turunda "Mets"ə qarşı oyun üçün sifariş ərizəsində yer alıb. Paris klubunun baş məşqçisi Unai Emeri görüş öncəsi keçirdiyi mətbuat konfransında 19 yaşlı futbolçunun bu görüşə hazır olduğunu bildirib.
Qeyd edək ki, "Mets"- PSJ matçı sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Xatırladaq ki, K.Mbappe mövsümün sonunadək paytaxt klubunda icarə əsasında çıxış edəcək. Mövsümün sonunda isə PSJ onunla 2022-ci ilə qədər müqavilə imzalayacaq. Bu keçid üçün klub oyunçunun müqavilə ilə məxsus olduğu “Monako”ya 180 milyon avro ödəyib
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.