banner
banner

Sosİal

Bakı metrosunda ilk kitab satış köşkü

Bakı metrosunda ilk kitab satış köşkü

Bakı metrosunda ilk kitab evi fəaliyyətə başlayıb.
CİA.Az virtualaz.org-a istinadən xəbər verir ki, “Koroğlu” metrosunun çıxışında yerləşən və ticarət məqsədi ilə tikilən obyekt artıq kitab evi kimi xidmət göstərəcək.

“Koroğlu” metrosunun piramida çıxışında olan bu ticarət obyekti “Bakı Metropoliteni” QSC yaradılmamışdan və Zaur Hüseynov sədr təyin edilməmişdən əvvəl “Bakcell”in müştəri xidmətlərinin ofisi kimi fəaliyyət göstərirdi.

Qeyd edək ki, metroda ticarət 2014-cü ilin mart ayından - hələ Tağı Əhmədovun vaxtında qadağan edilib. Amma yeni sədrin qərarı ilə metroda ticarət tədricən bərpa edilməkdədir.

“Bakı Metropoliteni” QSC-nin rəsmi açıqlamasında metronun müəyyən stansiyalarında quraşdırılacaq ticarət köşklərinin arxitektur quruluşla vəhdət təşkil edəcəyi bildirilib.

Həmin köşklər apteklər şəbəkəsi, su, qəhvə satışı və s. xidmətləri yerinə yetirən çoxfunksiyalı aparatlar, kitab ticarəti şəbəkəsi və gül salonları şəbəkəsi kimi fəaaliyyət göstərəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.