ABŞ-ın dövlət borcu 20 trilyon dolları ötüb - Tarixdə ilk dəfə
ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 20 trilyon dolları ötüb.
Trend-in məlumatına görə, martın ortalarında dövlət borcu 19,84 trilyon dollar həddində dondurulmuşdu. Lakin ötən həftə Prezident Donald Tramp borcun müvəqqəti artırılması haqqında qanun imzalayıb.
Hazırda Birləşmiş Ştatların dövlət borcu 20,164 trilyon dollara çatıb və artmaqda davam edir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.