Dünyaca məşhur "Esquire" dərgisi "Dünyanın ən seksual qadını - 2014" sorğusunu başa vurub.
Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, müsabiqənin birincisi aktrisa, rejissor, iki uşaq anası Penelope Kruz seçilib. Bununla bağlı dərgiyə müsahibə verən Penelope açıq-saçıq fotolar da çəkdirib.
"Eksperimentləri sevirəm. Gəncliyimdə də belə idim. Dramatik obrazları daha çox bəyənirəm. İncəsənəti hiss edən insanlar qəlbinin qaranlıq küncündə gizlənən arzularını reallaşdırmağa çalışırlar. İndi mənim üçün kinoda ən cəlbedici, heyranedici, sirli amil - plandır" deyən aktrisa şəxsi həyatı ilə bağlı sualları cavabsız qoyub:
"Bütün bu məsələlər mən və Havyer "Həyat yoldaşı, aktyor Havyer Bardem - red.) arasındadır".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.