Tez-tez sosial şəbəkədə fotolarını paylaşan model və iş qadını Eda Taşpınarın daha bir yalanı üzə çıxıb.
Onun su altında çəkilmiş şəklinin oğurluq olduğu aşkarlanıb. Belə ki, guya Mikanosda istirahəti zamanı çəkilmiş fotonun əslində Rava adlı birinə aid olduğu və İslandiyada çəkildiyi məlum olub.
500 min izləyicisi olan Edanın bu hərəkətləri izləyicilərini məyus edib.
Xatırladaq ki, bir neçə gün öncə model hesabında “Gecə dənizə girmədən yay qurtarmaz” qeydli foto yerləşdirib. Şəklə Taşpınar 3 rəfiqəsini də işarələyib.
4 qadının olduğu fotonun daha sonradan başqa birinə aid olduğu və 5 ay öncə çəkildiyi ortaya çıxıb.
İzləyicilər Taşpınarı köhnə şəkil oğradığı üçün tənqid ediblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.