banner
banner

Sosİal

İcra Hakimiyyəti: İsmayıllıda meşədə başlanan yanğının qarşısı alınıb

İcra Hakimiyyəti: İsmayıllıda meşədə başlanan yanğının qarşısı alınıb

İsmayıllı rayonunda meşədə başlanan yanğının qarşısı alınıb.

Bu barədə Trend-ə İsmayıllı rayon İcra hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev məlumat verib.

Komissiya sədri qeyd edib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib: "İndiyə olan məlumata görə, yanğın tez bir zamanda lokallaşdırılıb. Hazırda bəzi tüstüləmə nöqtələri qalıb ki, həmin ərazilər də nəzarətə götürülüb. Yanğının miqyasının genişlənməsi mümkün deyil".

R.Ağayev qeyd edib ki, hadisə rayonun Zərgəran və Tircan kəndlərinin ərazisindəki meşə zolağının kənarında baş verib: "Ağaclara ciddi ziyan dəyməyib. Ərazidə örüş sahəsində başlanan yanğın nəticəsində kol-kos yanıb. Hadisə yaşayış məntəqəsindən aralı olduğu üçün kəndlərə heç bir təhlükə olmayıb".

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.