banner
banner

Hərbİ

Rus qoşunu Ukraynaya girdi

Rus qoşunu Ukraynaya girdi

Rusiya ordusunun 1,5 min nəfərlik qoşunu Ukraynaya daxil olub.

CİA.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının yaydığı məlumatda deyilir ki, Rusiya qoşununun sərhədi keçməsi qeydə alınıb:

“1,5 min əsgər və 300 hərbi texnika, həmçinin “Qrad” raket sistemləri Rusiya Ukrayna sərhədini keçdilər”, - deyə xəbərdə deyilir.

Daha əvvəl bir neçə dəfə Ukrayna Rusiyanı sərhədi pozmaqda və hərbçilərini ölkə ərazisinə keçirtməkdə ittiham edib.

Rusiya Müdafiə Nazirliyi isə bu ittihamları təkzib edir. Öz növbəsində Rusiya prezidenti Vladimir Putin Qərbi Ukraynada vəziyyətə Moskvanın müdaxiləsinin sübutlarını təqdim etməyə çağırıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.