banner
banner

Dünya

BMT-də Myanmara Arakanla bağlı çağırış edilib

BMT-də Myanmara Arakanla bağlı çağırış edilib

Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında Myanmarın Arakan ştatındakı vəziyyətlə bağlı toplantı keçirilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nazirlər səviyyəsində keçirilən görüş Böyük Britaniyanın təşəbbüsü ilə baş tutub.

Toplantıda çıxış edən Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Myanmarda baş verən zorakılıq halları və insan haqlarının pozulmasını ölkənin reputasiyasında qara ləkə adlandırıb. Onun sözlərinə görə, Myanmarda müsəlmanlara qarşı zorakılığa dərhal son qoyulmalı, Arakan ştatında əhaliyə humanitar yardımın göstərilməsi üçün şərait yaradılmalıdır.

Tədbirdə Avstraliya, Banqladeş, İndoneziya, Kanada və digər ölkələrin XİN rəhbərləri və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli iştirak edib. Myanmarı toplantıda XİN rəhbərinin müavini və milli təhlükəsizlik üzrə müşavir təmsil edib.

Qeyd edək ki, avqustun 25-dən Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan ştatında yerli müsəlmanlara hücumları nəticəsində çox sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.